Qanunsuz silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az xəbər veerir ki, avqustun 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 9 tüfəng, 2 patron darağı və 163 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:49 16.08.2025
Oxunuş sayı: 624