Ağdamda 2 ton yabanı çətənə bitkisi məhv edilib

Ağdamda 2 ton yabanı çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Crossmedia.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2025" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Xaçındərbənd kəndi ərazisində yabanı halda bitən çəkisi 2 ton olan 1560 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
10:05 16.08.2025
Oxunuş sayı: 798