Sabirabadda yabanı halda bitən çətənə bitkiləri məhv edilib

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirib.
Crossmedia.az Crossmedia.azCrossmedia.az xidmətinə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində rayonun Cavad kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 2 ton 250 kiloqram olan 2635 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
08:55 16.08.2025
Oxunuş sayı: 692