Su İdman Sarayının qarşısında qəza olub, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Su İdman Sarayının qarşısında Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədov Tural Səlimxan oğlu idarə etdiyi "Hyundai" markalı avtomaşınla hərəkətdə olan zaman piyada qismində yolu keçən 1969-cu il təvəllüdlü Zeynalov Rəhim Bahadur oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
09:54 15.08.2025
Oxunuş sayı: 756