Marketdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı

Bakıxanov qəsəbəsində marketdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı.
Crossmedia.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən 200 manat pul, 800 manat dəyərində lotereya biletləri və tütün məmulatları oğurlanıb.
Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Nəcəfzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
12:23 14.08.2025
Oxunuş sayı: 414