Naxçıvandan Bakıya gələn yük maşını İranda aşıb, mineral sular yola dağılıb

Naxçıvandan Bakıya gələn yük maşını İranda qəzaya uğrayıb.
Crossmedia.az-ın məlumatına görə, mineral sularla yüklü olan avtomobil magistral yolda idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mineral sular yola dağılıb.
17:45 12.08.2025
Oxunuş sayı: 848