Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Crossmedia.az - a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
11:52 05.08.2025
Oxunuş sayı: 874