Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olundu

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 qumbara, 11 tüfəng, 16 patron darağı və 792 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:30 04.08.2025
Oxunuş sayı: 763