Astarada 29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb

Lerik
sakini bədbəxt hadisə nəticəsində ölüb.
Crossmedia.az
xəbər verir ki, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.
Kənddə
turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini 29
yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət
alıb.
Ətrafdakıların
köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.
R.Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə
baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
21:22 02.08.2025
Oxunuş sayı: 1124