Bakıda avtomobil təmiri sexində yanğın olub

Hadisə Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində yerləşən, 14 boksdan ibarət, ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı 120 m² sahədə 2 boksun yanar konstruksiyaları, içərisindəki “Land Rover Sport” markalı avtomobil və 36 m² sahədə ehtiyat hissələri olan 2 konteyner yanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi ilə alovun digər hissələrə yayılmasının qarşısı alınıb. Sexin əsas hissəsi yanğından mühafizə olunub.
21:59 01.08.2025
Oxunuş sayı: 1269