Bakıda moped avtomobilə çırpılıb, ölən var

Bakıda
Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az
xəbər verir ki, Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu
İbrahimlinin idarə etdiyi moped hava limanı istiqamətində hərəkətdə olarkən
"FORD" markalı avtomobillə toqquşub.
Mopedin
sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla
bağlı Suraxanı polisi araşdırma aparır.
09:34 01.08.2025
Oxunuş sayı: 901