Aeroport yolunda maşın yanıb

Bakının
Sabunçu rayonu, aeroport şosesi, köməkçi yolda minik avtomobillərindən birində
yanğın baş verib.
Crossmedia.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən bildirilib.
Qeyd
olunub ki, hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə
yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Polis
əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
20:18 31.07.2025
Oxunuş sayı: 1355