Xaçmazda kişi avtomobil idarə edən zaman ürək tutmasından ölüb

Xaçmazda avtomobil daş səkiyə çırpılıb.
Crossmedia.az xəbər verir ki, Yunusov Rövkət Qurban oğlu idarə etdiyi “QAZ 3302” markalı, 40-BH-723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Xaçmaz-Quba yolunun 1-ci kilometrində hərəkətdə olarkən ürək tutmasından vəfat edib.
O, sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
09:35 31.07.2025
Oxunuş sayı: 979