Qazaxda açıq ərazidə yanğın olub - VİDEO

Qazax rayonu, Ağköynək kəndi istiqamətində açıq ərazidə yanğın olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 25 ha sahədə quru ot, kol-kos yanıb.
Meşə zolağı və ətraf ərazilər yanğından mühafizə olunub.
20:02 30.07.2025
Oxunuş sayı: 1289