Yabanı halda bitən 4 mindən çox çətənə kolu məhv edilib

Polis
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün psixotrop
tərkibli 40 ədəd həb götürülüb, yabanı halda bitən 5,1 ton çəkidə 4 min 243 ədəd
çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Crossmedia.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat
yayıb.
Bildirilib
ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
11:32 30.07.2025
Oxunuş sayı: 1000