Ronaldunun çıxış etdiyi komanda "Çelsi"nin hücumçusunu transfer etməyə yaxındır

Portuqaliyalı
ulduz futbolçu Kriştianu Ronaldunun da çıxış etdiyi Səudiyyə Ərəbistanının
“Əl-Nəsr” klubu İngiltərə təmsilçisi "Çelsi"nin hücumçusu Joau
Feliksi transfer etməyə yaxındır.
Crossmedia.az
xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Asiya
kollektivi portuqaliyalı oyunçunu sıralarına qatmaq üçün qarşı tərəfə rəsmi təklif
göndərib. Transferin yaxın günlərdə baş tutması gözlənilir.
Qeyd
edək ki, J.Feliks ötən mövsümün yarısını icarə əsasında "Milan"da
(İtaliya) keçirib və 21 matçda 3 qol vurub.
15:53 27.07.2025
Oxunuş sayı: 716