FHN: Ağdam və Füzulidə dağlıq ərazidəki yanğınlar tam söndürülüb

Ağdam və Füzulidə dağlıq ərazidəki yanğınlar FHN qüvvələri tərəfindən tam söndürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Hazırda
Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun
Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri
istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Hazırda
yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti,
Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi
və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd
texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.
Bildirilib
ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması
yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə
və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.
20:18 26.07.2025
Oxunuş sayı: 1036