Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq

Bakı
Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya şöhrətli
ifaçı Castin Timberleykin konserti ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
Bu barədə Crossmedia.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq. Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyata çıxışını asanlaşdırmaq, onları mənzilbaşına rahat və təhlükəsiz çatdırmaqdır. Konsert məkanına rahat gediş-dönüş üçün iştirakçılara “Koroğlu” stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmək tövsiyə olunur.
19:22 26.07.2025
Oxunuş sayı: 1431