Şuşada yanğın zamanı mina partlayışları baş verib

Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.
Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.
14:45 26.07.2025
Oxunuş sayı: 796