Ağdam və Xocavənd rayonları istiqamətində açıq ərazidə yanğın baş verib

“112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Crossmedia.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
22:24 24.07.2025
Oxunuş sayı: 1254