Kamçatka yaxınlığında zəlzələ baş verib

Petropavlovsk-Kamçatska yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı “Telegram”da məlumat yayıb.
Qeyd edək ki, bu, bölgədə ard-arda baş vermiş beşinci zəlzələdir. Şəhərdə sunami təhlükəsi elan olunub. Yerli göldə su səviyyəsinin nəzərəçarpacaq şəkildə yüksəldiyi müşahidə edilib.
Nəzrin Salmanova
13:29 20.07.2025
Oxunuş sayı: 787