Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Suraxanı rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.
Crossmedia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisələr zamanı 2 mobil telefon, 500 manat dəyərində velosiped, 450 manat pul, bir evdən isə məişət əşyaları oğurlanıb. Həmçinin Suraxanı rayonunda yerləşən daha bir sex və mağazadan 4 min 500 manat dəyərində oğurluğun da edilməsi barədə polisə şikayət daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı İ.Məmmədov və 33 yaşlı F.Rəsulov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
17:35 14.07.2025
Oxunuş sayı: 731