Rusiyada azərbaycanlılara qarşı təzyiq kampaniyası başlayıb?

Rusiyanın bir sıra ictimai platformalarında yayılan məlumatlara görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına şəxsi heyət arasında azərbaycanlıların olub-olmadığını müəyyənləşdirmək tapşırılıb.
Crossmedia.az-ın məlumatına görə, bildirilir ki, əməkdaşlardan saat 12:00-dək bu barədə hesabat təqdim etmək tələb olunub və müvafiq cədvəli dolduraraq saat 14:00-dək göndərmələri istənilib.
Bununla yanaşı, Moskvada fəaliyyət göstərən tikinti şirkətlərində çalışan Azərbaycan vətəndaşlarının yataqxanalardan çıxarıldığı ilə bağlı məlumatlar da yayılıb.
Ekspertlər bu kimi hallar fonunda Rusiyada azərbaycanlılara qarşı qeyri-rəsmi təzyiq kampaniyasının başlandığını ehtimal edirlər.
13:08 07.07.2025
Oxunuş sayı: 1214