Dəhşət davam edir...

Yekaterinburqda işgəncəyə məruz qalan Səfərovlar ailəsinin daha iki üzvü – Səfərov Ayaz Möhbalı oğlu və onun qardaşı Səfərov Məzahir Möhbalı oğlu xəstəxanada həyatlarını itiriblər.
Bu barədə Crossmedia.az məlumat verir.
Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.
14:16 28.06.2025
Oxunuş sayı: 896