Mədəniyyət Nazirliyi: Kinostudiyadakı yanğın istifadə olunmayan anbarda baş verib

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda baş vermiş partlayışla bağlı araşdırmalar aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə 2025-ci il iyunun 26-da qeydə alınıb. Partlayış baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının və Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda partlayışın dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam etdirilir. Təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb edilib.
00:16 27.06.2025
Oxunuş sayı: 697