C.Cabbarlı adına kinostudiyanın anbarında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Crossmedia.az-a FHN-dən bildirilib.
23:50
XXX
Bakıda partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, film çəkilişi üçün istifadə olunan protexnik vasitələr partlayıb.(apa)
23:30
XXX
Bakıda güclü partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
Bildirilib ki, hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
00:03 27.06.2025
Oxunuş sayı: 884