Kəlbəcərdə yük avtomobili aşıb

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.
Crossmedia.az xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər rayonu ərazisində sürdüyü "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib.
Nəticədə maşın çaya aşıb. Qəza zamanı sürücü O.Mustafayev hadisə yerində ölüb.
11:16 26.06.2025
Oxunuş sayı: 742