DİN: 2 gündə 86 cinayətin üstü açılıb

İyunun 21-i və 22-də ölkə ərazisində ümumilikdə 86 cinayətin üstü açılıb.
Crossmedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bunlardan 79-u yeni, 7-si isə əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.
Axtarışda olan 76 şəxs müəyyən edilərək saxlanılıb. Onlardan 53-ü borclu şəxs qismində axtarışda olanlardır.
Həmçinin narkotik vasitələrlə bağlı 36, qanunsuz silah-sursatla bağlı isə 11 fakt aşkar olunub.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
10:10 23.06.2025
Oxunuş sayı: 728