Bakı və Sumqayıtda qanunsuz odlu silah aşkarlanıb

Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Bakının Xəzər, Nizami və Binəqədi rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 4 patron darağı və 366 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.
Sumqayıt şəhərində isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 patron darağı və 70 patronu könüllü olaraq polisə təhvil verib.
Araşdırmalar aparılır.
11:53 20.06.2025
Oxunuş sayı: 721