Paytaxtda silah-sursat aşkarlanıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini olan dörd nəfər 4 ədəd tüfəngi könüllü olaraq polisə təhvil verib.
Həmçinin polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 patron darağı və 10 ədəd patron tapılaraq götürülüb.
Araşdırma aparılır.
11:20 17.06.2025
Oxunuş sayı: 891