Onlayn yolla narkotik satmaq istəyən şəxs saxlanıldı


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.
Bu barədə Crossmedia.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb. R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
10:04 17.06.2025
Oxunuş sayı: 675