Cənub sərhədlərində radiasiya fonu yoxlanılıb: Çirklənmə aşkarlanmayıb

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.
Crossmedia.az-ın məlumatına görə, bildirilib ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib.
Müayinələr mütəmadi olaraq davam etdirilir.
09:29 14.06.2025
Oxunuş sayı: 1001