Bakıda narkotik satışına görə iki nəfər saxlanıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Crossmedia.az-a bildirilib ki, paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində həyata keçirilən tədbirlər zamanı 26 yaşlı Z.Şıxalızadə və əvvəllər məhkum olunmuş 49 yaşlı X.Bayramov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumi çəkisi iki kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.
Araşdırma aparılır.
18:43 10.06.2025
Oxunuş sayı: 1377