DSX-nin hərbçisi dəfn olunub

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dəfn olunub.
Crossmedia.az xəbər verir ki, 19 yaşlı hərbçi doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Rasim Həsənli bu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.(report)
18:20 09.06.2025
Oxunuş sayı: 1051