Ötən iki gündə ölkə ərazisində aşkarlanan silah-sursatın statistikası açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.
DİN-in mətbuat xidmətindən Crossmedia.az-a verilən məlumata görə, iyunun 7-8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silah, 2 qumbara, 1 qumbaraatan, 2 alışdırıcı, 4 tüfəng, 12 patron darağı və 2176 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
14:56 09.06.2025
Oxunuş sayı: 847