Nəsimi rayonunda polis 2 kiloqrama yaxın heroin aşkarlayıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Crossmedia.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
19:28 05.06.2025
Oxunuş sayı: 1198