FHN-in nümayəndələri Bakı Ekspo Mərkəzində təşkil olunan panel sessiyasında iştirak ediblər




Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisində təşkil edilmiş panel sessiyasında iştirak ediblər.
Bu barədə Crossmedia.az FHN-ə istinadən məlumat verir.
Bildirilib ki, sessiyada iştirak edən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova “Karbon emissiyasının azaldılması istiqamətində nüvə enerjisinin rolu” və “Atom elektrik stansiyalarının istismarının ətraf mühitə təsiri” mövzularında təqdimatla çıxış ediblər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar Agentliyin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.
16:30 04.06.2025
Oxunuş sayı: 1063