ADU-da “Analitik İnformasiya Xidməti” bölməsinin 4 illik fəaliyyəti təqdim olunub




29 may 2025-ci il tarixində Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində “Analitik İnformasiya Xidməti” bölməsinin 2021-2024-cü illər üzrə 4 illik fəaliyyətinə həsr olunmuş təqdimat tədbiri keçirildi.
Crossmedia.az xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, kitabxana işçiləri və bir sıra qonaqlar iştirak etdilər.
Tədbirin açılışını ADU EKİXM-in direktoru Cəmilə Əliyeva etdi. O, öz çıxışında Analitik İnformasiya Xidməti bölməsinin yaradılma məqsədi, fəaliyyəti və son dörd ildə əldə olunan nailiyyətlər barədə qısa məlumat verdi. Cəmilə Əliyeva qeyd etdi ki, bu bölmə müasir informasiya çağırışlarına cavab verən anlitik məzmunun hazırlanması, məlumatların strukturlaşdırılması, elmi və tədris prosesinin informasiya ilə təmin olunmasında mühüm rol oynayıb. EKİXM öz fəaliyyətinin müasir tələblərə uyğun çəkildə qurmağa çalışır və universitein elmi potensialının inkişafına informasiya dəstəyi verirdiyini vurladı.Gələcəkdə rəqəmsal resursların genişləndirilməsi və istifadə yönümlü xidmətlərin artırılması əsas prioritetlərdən biri olduğu qeyd etdi
Təqdimat zamanı bölmənin əməkdaşları tərəfindən hazırlanmış təqdimatlar vasitəsilə görülən işlər diqqətə çatdırıldı.
Tədbir çərçivəsində bölmənin əməkdaşları bölmənin 4 illik fəaliyyəti ilə bağlı hazırladığı təqdimatı nümayiş etdilər və iştirakçılara bölmənin hesabatı çərçivəsində görülən işlər barədə məlumat verildi. Eyni zamanda, iştirakçılar EKİXM-nin yeni texniki imkanları və xidmət layihələri ilə tanış oldular.
Çıxış edən digər natiqlər – fakültə dekanları, kafedra müdirləri və kitabxana əməkdaşları Analitik İnformasiya Xidməti bölməsinin fəaliyyətini yüksək qiymətləndirdilər və bu istiqamətdə görülən işlərin davamlılığının vacibliyini vurğuladılar.
Sonda tədbirin iştirakçıları tərəfindən bölmə əməkdaşlarına təşəkkür bildirildi və gələcək illər üçün fəaliyyət planlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirildi.
22:09 29.05.2025
Oxunuş sayı: 13818