Polis əməkdaşları narkotik vasitələrin dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib

Polis əməkdaşları tərəfindən paytaxtın Suraxanı, Sabunçu rayonlarında və Lənkəran şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Crossmedia.az-a DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilən cinayət əməlində şübhəli bilinən 48 yaşlı N.İbadov, 29 yaşlı T.Abbasov və həmyaşıdı Ə.Məmmədli saxlanılıblar.
Onlardan ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi və narkotiklərin onlayın alqı-satqısında istifadə olunan 2 ədəd bank kartı aşkarlanıb.
Hər üç faktla bağlı araşdırma aparılır.
11:08 29.05.2025
Oxunuş sayı: 927