Polisin əməliyyatı zamanı 11 kiloqram narkotik vasitə aşkarlanıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşlarının Binəqədi rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş 24 yaşlı A.Usubov saxlanılıb. Ondan 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Bu barədə Crossmedia.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Nuray Mikayıllı
16:00 15.05.2025
Oxunuş sayı: 589