48 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də ümumi çəkisi 48,4 kiloqrama yaxın narkotik vasitə, 300 ədəd metadon həbi və 48 ədəd çətənə kolu aşkar olunub.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
12:05 09.05.2025
Oxunuş sayı: 995