Vətəndaşların bank kartlarından 30 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 7-də 30 min manatdan çox pul oğurlanıb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, gələn hər zəngə və mesaja qarşı diqqətli olun - Bank kartı məlumatlarını paylaşmayın:
"Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar".
Məlumatda qeyd olunub ki, mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560, 250, 140, 135, 112, 110, 100, 50, 40, 8 manat pul vəsaitləri bank kartlarından oğurlanıb:
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
10:15 08.05.2025
Oxunuş sayı: 1021