Paytaxtda silah-sursat aşkarlanıb

Binəqədi və Qaradağ rayonlarında silah-sursat aşkarlanıb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Binəqədi və Qaradağ rayonlarında 3 avtomat silahı, 5 qumbara, 3 patron darağı və 46 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır",- əlavə edilib.
13:40 03.05.2025
Oxunuş sayı: 1064