Narkotik satışında şübhəli bilinən 3 nəfər tutulub

Paytaxtda və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Crossmedia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, Cəlilabad, Yevlax və Xəzər rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlarda 62 yaşlı M.Mirzəyev, 44 yaşlı R.Müsatayev və həmyaşıdı E.Aslanov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə olan marixuana və 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
12:46 02.05.2025
Oxunuş sayı: 1067