Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə Yasamal rayonu, Nərimanov heykəlinin yanında yaxınlığında qeydə alınıb.
Aprelin 28-də 1979-cu il təvəllüdlü Sevinc Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə piyada 1953-cü il təvəllüdlü Əbdülbaği Həsənovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 72 yaşlı kişi ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
09:20 02.05.2025
Oxunuş sayı: 786