FHN-in 20 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Gündəliyə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda müzakirə olunacaq.
16:24 28.04.2025
Oxunuş sayı: 532