Bank kartlarından oğurluq halları davam edir

Aprelin 26-da və 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165, 160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bu barədə Crossmedia.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.
09:50 28.04.2025
Oxunuş sayı: 924