Yardımlıda polis əməliyyat keçirdi
 
                                            Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb. Crossmedia.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.
Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
12:00 18.04.2025
Oxunuş sayı: 5617
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        