Lerikdə hüquqpozmalarla əlaqədar 86 fakt aşkarlandı

Lerikdə hüquqpozmalarla əlaqədar 86 fakt aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verib. Keçirilən profilaktik tədbirlərlə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, avaralıq və dilənçilik, qadağan edilmiş yerlərdə tütün məmulatlarında istifadə və digər hüquqpozmalarla əlaqədar 86 fakt aşkarlanıb.
Həmçinin, rayon ərazisində aparılan əməliyyat və profilaktik tədbirlərlə qanunsuz saxlanılan odlu silah-sursatlar polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.
"Lerik rayonunda qeyd olunan istiqamətlərdə əməliyyat və profilaktik tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd edilib.
11:10 15.04.2025
Oxunuş sayı: 836