Kiyevdə iki körpü bağlanıb
Ukraynanın paytaxtı Kiyevə endirilən Rusiya hücumları nəticəsində Şimal körpüsünə ziyan dəyib, Şimal və Cənub körpülərində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə məlumat verərək zədələnmiş Şimal körpüsündən videogörüntülər paylaşıb.
Merin sözlərinə görə, hücum nəticəsində şəhərin kritik infrastruktur sistemlərinə ziyan dəyib.
Bildirilib ki, paytaxtın bəzi rayonlarında su və istilik təchizatında fasilələr yaranıb.
"Yalnız mütəxəssislərin rəyindən sonra bu körpülərdə nəqliyyatın hərəkətini nə vaxt bərpa edə biləcəyimizi biləcəyik", – deyə Kliçko qeyd edib.
Hazırda körpülərdəki zədələrin qiymətləndirilməsi və hərəkətin bərpası imkanlarının müəyyənləşdirilməsi gözlənilir.
14:06 17.11.2026
Oxunuş sayı: 105